Mövzular

Quranda nisbilik

Müasir elmin bu tapıntılarının bizə göstərdiyi nəticə, zamanın materialistlərin sandığı kimi mütləq bir gerçək deyil, nisbi bir hiss oluşudur. İşin maraqlı yanı isə, 20-ci əsrə qədər elmin fərqində olmadığı bu gerçəyin, bundan 14 əsr əvvəl endirilmiş olan Quranda bildirilməsidir. Quran ayələrində, zamanın nisbi bir anlayış olduğunu göstərən şərhlər vardır.
Müasir elm tərəfindən təsdiqlənən, zamanın psixoloji bir qəbul olduğu, yaşanan hadisəyə, məkana və şərtlərə görə fərqli qəbul edilə bildiyi gerçəyini bir çox Quran ayəsində görmək mümkündür. Məsələn bir insanın bütün həyatı, Quranda bildirildiyinə görə çox qısa bir müddətdir:

O gün ki, Allah sizi çağıracaqdır. Siz də Ona şükr edərək dərhal çağırışına cavab verəcəksiniz və sizə elə gələcəkdir ki, çox az qaldınız!
(İsra Sur
əsi, 52)

 

... gündüz bir saat belə (dünyada) olmamışlar kimi, bir yerə toplayacağı qiyamət günü onlar bir-birilərini tanıyacaqlar(Yunus Surəsi, 45)

Bəzi ayələrdə, insanların zaman hisslərinin fərqli olduğuna, insanın gerçəkdə çox qısa olan bir müddəti çox uzunmuş kimi qəbul edə bildiyinə işarə edilir. İnsanların axirətdəki sorğuları əsnasında keçən aşağıdakı danışmalar bunun bir nümunəsidir:

Belə buyuracaqdır: "Yer üzündə neçə il qaldınız?" Onlar:"Bir gün, yaxud bir gündən də az!" deyə cavab verəcəklər. Allah buyuracaq: "Əgər bilirsinizsə, siz çox az qaldınız!" . (Mu'minun Surəsi, 112-114)

Başqa bəzi ayələrdə də, zamanın fərqli mühitlərdə fərqli bir axış sürətiylə axdığı bildirilər:

... Rəbbinin qatında bir gün, sizin saydıqlarınızın min ili kimidir. (Həcc Surəsi, 47)

 

Mələklər və Ruh (Cəbrayıl), onun dərgahına (dünya ili ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar. (Məaric Surəsi, 4)

 

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra həmin işlər sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə Ona yüksələr. (Səcdə Surəsi, 5)

 

Bu ayələr, zamanın nisbiliyinin çox açıq bir ifadəsidir. Elm tərəfindən 20-ci əsrdə əldə edilən bu nəticənin bundan 1400 il əvvəl Quranda bildirilmiş olması isə, əlbəttə, Quranın zamanı və məkanı tamamilə bürüyüb əhatə edən Allahın endirdiyinin bir dəlilidir.
Quranın daha bir çox ayəsində istifadə edilən üslub açıqca zamanın bir hiss olduğunu ortaya qoymaqdadır. Xüsusilə də hekayələrdə bu izahatı görmək mümkündür. Məsələn, Allah Quranda bəhs edilən mömin bir birlik olan Əshabi-Kəhfi üç əsri aşan bir müddət dərin bir yuxu halında tutmuşdur. Daha sonra oyandırdığında isə bu kəslər zaman olaraq çox az bir müddət qaldıqlarını düşünmüşlər, nə qədər yatdıqlarını təxmin edə bilməmişlər:

Biz onları mağarada illərlə yuxuya verdik. Sonra iki tayfadan hansının onların qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf Surəsi, 11-12)

 

Beləcə də onları bir-birindən hal-əhval tutsunlar deyə oyatdıq. Onların biri dedi: "nə qədər qaldınız?" Onlar: "Bir gün ya da bir gündən də az!" deyə cavab verdilər... (Kəhf Surəsi, 19)

 

Aşağıdakı ayədə izah edilən vəziyyət də zamanın əslində psixoloji bir hissiyyat olduğunun əhəmiyyətli bir dəlilidir.

Yaxud damları çökmüş divarları uçulmuş bir kəndin yanından keçən şəxsin əhvəlatını eşitmədinmi? O şəxs: "Əcəba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?" demişdi. Belə olduqda Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: "Nə qədər yatmısan?" deyə soruşdu. O da bir gün ya da bir gündən daha az" deyə cavab verdi. Allah ona: "Bəlkə yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi uzunqulağının sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da necə onların üzərini ətlə örtürük?" deyə buyurdu. O şəxsə bunlar aydın olduqda: "Artıq bildim ki, Allah hər şeyə qadirdir!" dedi.  (Bəqərə Surəsi, 259)

Görüldüyü kimi bu ayə zamanı yaradan Allahın zamandan münəzzəh olduğunu açıqca vurğulamaqdadır. İnsan isə Allahın özü üçün təqdir etdiyi zamana bağlıdır. Ayədə görüldüyü kimi insan nə qədər yuxuda qaldığını belə bilməkdən acizdir. Belə bir vəziyyətdə (materialistlərin əyri məntiqində olduğu kimi) zamanın mütləq olduğunu iddia etmək, son dərəcə ağıldan kənar olacaq.

Məqalələr

Daxil ol

Kitablar

Daxil ol

Filmlər

Daxil ol

Kitabı yüklə

Yüklə