Müəllif haqqında

Müəllif haqqında

ADNAN OKTARIN HƏYATI VƏ ƏSƏRLƏRİ

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar Harun Yəhya təxəllüsü ilə kitablarını yazır. Həyatını tamamilə Uca Allah’ın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi atatürkçülüyü yayıb dövlətin sabitliyini və millətin bütövlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. Universitet illərindən başlayaraq həyatının hər dövründə bu müqəddəs məqsədə xidmət etmiş və heç bir zaman çətinliklər qarşısında qorxmamışdır. Bu gün belə böyük bir səbir və qətiyyət göstərərək, materialist, darvinist və bölücü mərkəzlərdən gələn bütün təzyiqlərə qarşı fikri mübarizəsini davam etdirir.

 

Hörmətli Adnan Oktarın Memar Sinan Universitetində təhsil aldığı dövrdə universitet müxtəlif qeyri-qanuni marksist-kommunist təşkilatların təsiri altında idi. Həm alimlər, həm fakültə işçiləri, həm də tələbələr arasında aqressiv ateist və materialist axınlar hakim idi. Hətta müəllimlərin bir qismi dərslərində mövzu ilə əlaqəsiz olmasına baxmayaraq, hər fürsətdə materialist fəlsəfə və darvinizmin təbliğatını aparırdılar.

Hörmətli Adnan Oktar dini və əxlaqi dəyərlərə hörmət edilmədiyi və demək olar ki, tamamilə rədd edildiyi, materialist dünyagörüşün və düşüncənin təsirindəki bu mühitdə ətrafındakı insanlara darvinizmin saxtakarlığını, Allah’ın varlığını və birliyini izah etməyə başladı. Universitetin yaxınlığındakı Molla məscidində sərbəst şəkildə namaz qılan yeganə insan idi.

Anası Mədiha Oktarın da ifadə etdiyi kimi, bu dövrdə hörmətli Adnan Oktar gecə yalnız bir neçə saat yatır, vaxtını oxuyaraq, qeydlər götürərək və fayllar hazırlayaraq keçirirdi. Marksizm, leninizm, maoizm, kommunizm və materialist fəlsəfə mövzulu təməl kitablar da daxil olmaqla, yüzlərlə əsər oxumuş və həm klassik, həm də nadir olaraq oxunan kitablar üzərində ətraflı olaraq çalışmışdır. Bundan əlavə, bu ideologiyaların elmi təməlini təşkil edən təkamül nəzəriyyəsi ilə bağlı geniş araşdırmalar aparmış, bu elmdən kənar nəzəriyyənin ziddiyyətli, bir-biri ilə uyğun gəlməyən yönlərini sübut edən məlumat və sənədlər tapmışdır. Allah’ın inkar edilməsinə söykənən bu batil fəlsəfə və ideologiyalardakı ziddiyyətlər və saxtakarlıqlar mövzusunda çox geniş məlumat toplayan Oktar bu məlumat təcrübəsi ilə insanları həqiqətə və doğruya dəvət etmişdir. Universitetdəki tələbələr və müəllimlər də daxil olmaqla, hər kəsə Allah’ın varlığını, birliyini və Quran əxlaqını təbliğ etmişdir. Məktəb kafelərində, koridorlarda, ya da dərs aralarındakı söhbətlərdə materializmin və darvinizmin saxtakarlıqlarını, bu ideologiyaların orijinal kitablardan götürüldüyünü açıqlamışdır. Hörmətli Oktarın bu mədəni fəaliyyətləri böyük təsir yaratmış, bəzi təhsil işçiləri də daxil olmaqla, bir çox insanın inanclarında və dünya görüşündə müsbət dəyişiklik olmuşdur.

Məqalələr

Daxil ol

Kitablar

Daxil ol

Filmlər

Daxil ol

Kitabı yüklə

Yüklə