Mövzular

Materialistlərin narahatlığı

Maddənin gerçəyi ilə zamansızlıq və məkansızlıq mövzularını ələ aldığımız bu hissədə izah edilənlər, əslində son dərəcə açıq həqiqətlərdir. Daha əvvəl də ifadə edildiyi kimi bunlar qətiliklə bir fəlsəfə ya da bir düşüncə forması deyil, rədd edilməsi mümkün olmayan elmi nəticələrdir. Texniki bir gerçək olmağından başqa, ağla söykənən məntiqi dəlillər də bu mövzuda başqa alternativə imkan tanımamaqdadır: Kainat, onu meydana gətirən maddələr və içindəki insanlarla və zamanla birlikdə bir görün varlıqdır. Yəni bir hisslər bütünüdür.


Materialistlər bu gerçəyi anlamaqda çətinlik çəkərlər. Məsələn təkrar materialist Politzerin avtobus nümunəsinə dönəcək olsaq; Politzer hisslərinin xaricinə çıxa bilməyəcəyi gerçəyini texniki olaraq bildiyi halda, bunu yalnız müəyyən hadisələr üçün qəbul edə bilmişdir. Yəni Politzer üçün avtobus vurana qədər hadisələr beyninin içində meydana gəlməkdədir, amma avtobus vurduğu anda hadisələr birdən beyninin xaricinə çıxaraq maddi bir həqiqət qazanmaqdadır. Buradakı məntiq pozuqluğu açıqca ortadadır; Politzer də "daşa vururam, ayağım ağrıyır, demək ki, var" deyən materialist Johnsonun səhvinə düşmüş, avtobus vurmasında  hiss edilən şiddətin də əslində bir hissdən ibarət olduğunu qavraya bilməmişdir.


Materialistlərin bu mövzunu anlaya bilməmələrinin şüuraltındakı əsl səbəbi isə, anladıqlarında qarşı-qarşıya qalacaqları həqiqətdən böyük bir qorxu duymalarıdır. Lincoln Barnett, bu mövzunun təkcə "sezilməsinin" belə materialist elm adamlarını qorxu və narahatlığa sürüdüyünü belə ifadə edir:
Filosoflar bütün obyektiv gerçəkləri hisslərin bir kölgə dünyası halına gətirərkən, elm adamları insan duyğularının sərhədlərini qorxu və narahatlıq ilə sezdilər.


Maddənin və zamanın bir hiss olduğu gerçəyi izah edildiyində bir materialist böyük bir qorxuya qapılar. Çünki maddə və zaman mütləq varlıq olaraq bağlandığı yeganə iki anlayışdır. Bunlar sanki sitayiş etdiyi bir bütdür; çünki özünün maddə və zaman tərəfindən (təkamül yoluyla) yaradıldığına inanmaqdadır.


İçində yaşadığını düşündüyü kainatın, dünyanın, öz bədəninin, digər insanların, fikirlərindən təsirləndiyi materialist filosofların, qısacası hər şeyin bir hiss olduğunu anladığında isə bütün mənliyini bir dəhşət duyğusu bürüyər. Güvəndiyi, inandığı, mədət umduğu, ümid etdiyi hər şey bir anda özündən uzaqlaşıb itər. Müşriklər o gün Allaha təslim olacaq, özlərindən uydurub düzəltdikləri bütlər də aradan çıxacaqlar ( müşrikləri isə qorxu bürüyəcək)!” (Nəhl Surəsi, 87) ayəsində təsvir edilən çarəsizliyi hiss edər.


Bu andan etibarən materialist özünü maddənin həqiqətinə inandırmağa çalışar, bunun üçün özüncə "dəlil"lər meydana gətirər; yumruğunu divara vurar, daşları təpiklər, qışqırar, çağırar, amma əsla həqiqətən xilas ola bilməz.
Materialistlər, bu gerçəyi öz başlarından atmaq istədikləri kimi, digər insanların da zehinindən uzaqlaşdırmaq istəyərlər. Çünki maddənin gerçək mahiyyəti insanlar tərəfindən bilindiyi təqdirdə, fəlsəfələrinin primitivliyinin və cahil dünyagörüşlərinin ortaya çıxacağının, fikirlərini izah edəcək bir zəmin qalmayacağının fərqindədirlər. Bax burada izah edilən həqiqətdən bu cür narahat olmalarının səbəbi, yaşadıqları bu qorxulardır.
Allah inkarçıların bu qorxularının axirətdə daha da şiddətlənəcəyini bildirmişdir. Hesab günü Allah onlara belə səslənəcək:

 

O gün (qiyamət günü) onların hamısını bir yerə toplayacaq, sonra şərik qoşanlara deyəcəyik: "İddia etdiyiniz şəriklər haradadır!?" (Ən'am Surəsi, 22)

 

Bunun ardından inkarçılar, dünyada var zənn edərək Allaha şirk qoşduqları mallarının, övladlarının, ətraflarının özlərindən uzaqlaşdığına və tamamilə yox olduqlarına şahid olacaqlar. Allah bu gerçəyi də, "Gör onlar özlərinə qarşı necə yalan deyirlər! Özlərindən uydurub düzəltdikləri də onlardan qeyb olacaq!" (Ən'am Surəsi, 24) ayəsiylə xəbər vermişdir.

Məqalələr

Daxil ol

Kitablar

Daxil ol

Filmlər

Daxil ol

Kitabı yüklə

Yüklə