Mövzular

Maddənin ardındakı sirr

Ətrafını ağıl və vicdan yoluyla izləyən adam kainatdakı canlı-cansız hər şeyin yaradılmış olduğunun fərqinə varar. Yaxşı bütün bunlar kim tərəfindən yaradılmışdır?
 Açıqdır ki, kainatın hər nöqtəsində özünü müəyyən edən "yaradılmışlıq", kainatın özünün bir məhsulu ola bilməz. Məsələn bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışlar. Bütün bunların "təsadüfən" meydana gəlmələri kimi bir ehtimal da, kitabın əvvəlki səhifələrində araşdırdığımız kimi, mümkün deyil.
Bu səbəbdən bu nəticəyə vara bilərik: Gözümüzlə gördüyümüz hər şey yaradılmışdır... Ancaq gözümüzlə gördüyümüz şeylərin heç biri "Yaradıcı" deyil. O halda, Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa, üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərdiyi üstün bir gücdür.


Bax Allahın varlığını tanımayanların sapdığı nöqtə də buradadır. Bu kəslər özlərini, Allahı gözləriylə görmədikləri müddətcə, Onun varlığına iman etməməyə şərtləndirmişlər. Ancaq bu vəziyyətdə, kainatın hər yerində açıq-aşkar görünən "yaradılmışlıq" gerçəyini gizləmək, kainatın və canlıların yaradılmamış olduğunu iddia etmək məcburiyyətində qalarlar. Bunu etmək üçün yalanlara müraciət edərlər. Təkamül nəzəriyyəsi və materialist fəlsəfə bu mövzuda müraciət edilən yalanların və nəticəsiz çırpınışların ən çox diqqətə çarpan iki nümunəsidir.
İnkar edənlərin təməl yanılması, əslində Allahın varlığını inkar etməyən, ancaq əyri bir Allah inancına sahib olan bir çox adam tərəfindən də paylaşılır. Cəmiyyətin əksəriyyətini meydana gətirən bu kəslər, yaradılışı rədd etməzlər, ancaq Allahın "harada" olduğuna dair maraqlı batil inancları vardır: Çoxu, Allahın "göydə" olduğunu sanar. Şüuraltlarındakı düşüncəyə görə, Allah çox uzaqlardakı bir planetin arxasındadır və çox nadir olaraq "dünya işlərinə" müdaxilə edər. Ya da heç etməz; kainatı yaratmış və buraxmışdır, insanlar öz talelərini özləri yazarlar...


Kimiləri də Quranın Allahın "hər yerdə" olduğuna dair xəbərini eşitmişlər, lakin bunun mənasını tam olaraq həll edə bilməzlər. Şüuraltlarındakı batil düşüncə; Allahın radio dalğaları ya da görünməz, hiss edilməz bir qaz kimi, maddələri bürüdüyü şəklindədir.
Halbuki bu düşüncə və başdan bəri saydığımız, Allahın "harada" olduğunu heç cür həll edə bilməyən (bəlkə də buna görə Onu inkar edən) düşüncələr, ortaq bir səhvə söykənməkdədirlər: Heç bir təməli olmayan bir ön fikiri mənimsəməkdə, ondan sonra da Allah ilə əlaqədar olaraq zənnlərə qapılmaqdadırlar.


Nədir bu ön fikir?
Bu ön fikir maddənin varlığı və xüsusiyyəti ilə əlaqədardır. Maddənin var olduğu mövzusunda elə şərtlənmişik ki, görəsən həqiqətən vardırmı, yoxsa yalnız bir kölgə varlıqdırmı deyə, heç düşünməmişik. Halbuki müasir elm, bu ön fikiri də yıxaraq, çox əhəmiyyətli və təsir edici bir gerçəyi ortaya qoymaqdadır. İrəliləyən səhifələrdə Quranda da işarə edilən bu böyük gerçəyi şərh etməyə çalışacağıq.

 

 

Elektrik siqnallarından ibarət olan kainat
Yaşadığımız dünya ilə əlaqədar bütün məlumatlarımız bizə beş duyğumuz vasitəsi ilə gəlir. Yəni biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun iylədiyi, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Anadan olandan etibarən bu duyğulara bağlı olduğumuz üçün "xarici dünya"nın, duyğularımızın bizə tanıtdığından fərqli ola biləcəyini heç düşünməmişik.


Halbuki, bu gün bir çox elm sahəsində edilən araşdırmalar son dərəcə fərqli bir anlayışı özü ilə gətirmiş, hisslərimiz və qəbul etdiyimiz dünya ilə əlaqədar ciddi şübhələrin meydana gəlməsinə səbəb olmuşdur.


Bu yeni anlayışın çıxış nöqtəsi isə budur: Bizim "xarici dünya" hesab etdiklərimiz, yalnız elektrik siqnallarının beyində yaratdığı təsirlərdir. Almanın qırmızılığı, taxtanın sərtliyi, dahası ananız, atanız, ailəniz, sahibi olduğunuz bütün mallar, eviniz, işiniz və bu kitabın sətirləri yalnız və yalnız beyninizdəki elektrik siqnallarından ibarətdir.


Frederick Vester elmin bu mövzuda çatdığı nöqtəni belə ifadə edir:
Bəzi mütəfəkkirlərin, 'insan bir xəyaldır, əslində bütün yaşananlar keçici və aldatıcıdır, bu kainat bir kölgədir' şəklindəki sözləri indiki vaxtda elmi olaraq sübut edilirmiş kimidir.


Məşhur filosof Corc Berkelenin, bu təəccübləndirici gerçək ilə əlaqədar şərhi isə belədir:
Özlərini gördüyümüz və toxunduğumuz üçün, bizə hisslərimizi verdikləri üçün obyektlərin varlığına inanırıq. Halbuki hisslərimiz yalnız zehinimizdə var olan fikirlərdir. Bu halda hisslər vasitəsilə çatdığımız obyektlər fikirlərdən başqa bir şey deyildirlər və bu fikirlər, zəruri olaraq zehinimizdən başqa yerdə olmazlarBütün bunlar madam ki, yalnız zehində var olan şeylərdir, elə isə kainatı və əşyaları zehinin xaricində varlıqlar olaraq xəyal etdiyimizdə, yanılmaların içinə düşmüş olarıq deməkdir… Elə isə bizi əhatə edən şeylərin heç birinin bizim zehinimizin xaricində bir varlığı yoxdur.
Mövzunu tam olaraq açıqlamaq üçün əvvəlcə, xarici dünya haqqında bizə məlumat verən duyğularımızdan danışaq.

 

Necə görürük, eşidirik, dadırıq?
Görmə əməliyyatı çox mərhələli bir şəkildə reallaşar. Görmə əsnasında, hər hansı bir cisimdən gələn işıq dəstələri (fotonlar), gözün önündəki linzanın içindən sınaraq keçər və gözün arxa tərəfindəki retinaya tərs olaraq düşərlər. Buradakı hüceyrələr tərəfindən elektrik siqnalına çevrilən görmə xəbərdarlıqları(siqnalları), sinirlər vasitəsi ilə, beynin arxa qisimindəki görmə mərkəzi adı verilən kiçik bir bölgəyə çatarlar. Bu elektrik siqnalı bir silsilə əməliyyatdan keçdikdən sonra beyindəki bu mərkəzdə görünüş hesab edilir. Yəni görmə hadisəsi, gerçəkdə beynin arxasındakı kiçik, işığın heç bir şəkildə girə bilmədiyi, qapqaranlıq bir bölgədə baş verir.
İndi ümumiyyətlə hər kəs tərəfindən bilinən bu məlumat üzərində bir dəfə daha diqqətlicə düşünək: Biz, "görürəm" deyərkən, əslində gözümüzə gələn xəbərdarlıqların elektrik siqnalına çevrilərək beynimizdə meydana gətirdiyi "təsir"i görərik. Yəni "görürəm" deyərkən, əslində beynimizdəki elektrik siqnallarını seyr edərik.


Həyatımız boyunca gördüyümüz hər görünüş bir neçə sm3-luq görmə mərkəzində meydana gələr. Oxuduğunuz bu sətirlər də, üfüqə baxdığınızda gördüyünüz ucsuz-bucaqsız mənzərə də, bu kiçik yerdə meydana gəlməkdədir. Bu vaxt gözdən qaçırılmaması lazım olan bir nöqtə daha vardır. Az əvvəl ifadə etdiyimiz kimi, kəllə sümüyü işığı içəri keçirməz, yəni beynin içi qapqaranlıqdır. Bu səbəbdən beynin işığın özüylə qarşılaşması əsla mümkün deyil.


 

Buradakı maraqlı vəziyyəti bir misalla açıqlayaq. Qarşımızda bir şam olduğunu düşünək. Bu şamın qarşısına keçib onu uzun müddət izləyə bilərik. Amma bu müddət boyunca beynimiz, şama aid işığın əsli ilə heç bir zaman qarşılaşmaz. Şamın işığını gördüyümüz anda belə başımızın və beynimizin içi qapqaranlıqdır. Qapqaranlıq beynimizin içində, işıqlıq, par-par və rəngli bir dünyanı seyr edirik.
R. L. Gregory, görmə hadisəsindəki möcüzəvi vəziyyəti belə ifadə etməkdədir:
Görmə hadisəsinə o qədər alışmışıq ki, həll edilməsi lazım olan suallar olduğunun fərqinə varmaq böyük bir təxəyyül tələb edir. Lakin bunu diqqətə alın. Gözlərimizə kiçik kəlləmayallaq olmuş görüntülər verilir və biz ətrafımızda bunları möhkəm obyektlər olaraq görürük. Retinaların üzərindəki xəbərdarlıqların nəticəsində obyektlər dünyasını qəbul edirik və bu bir möcüzədən fərqsizdir əslində.


Eyni vəziyyət digər hisslər üçün də etibarlıdır. Səs, toxunma, dad və qoxu, bir elektrik siqnalı olaraq beynə çatar və buradakı əlaqədar mərkəzlərdə qəbul edilərlər.
Eşitmə də bənzər şəkildə reallaşar: Xarici qulaq, ətrafdakı səs dalğalarını qulaq seyvanı vasitəsiylə yığıb orta qulağa çatdırar; orta qulaq götürdüyü səs titrəşmələrini gücləndirərək daxili qulağa ötürər; daxili qulaq da bu titrəşmələri elektrik siqnallarına çevirərək beynə göndərər. Eyni ilə görmədə olduğu kimi eşitmə əməliyyatı da beyindəki eşitmə mərkəzində reallaşar. Kəllə sümüyü işığı keçirmədiyi kimi səsi də keçirməz. Bu səbəbdən bir insanın eşitdiyi səslər nə qədər güclü və gurultulu da olsa beynin içi tamamilə səssizdir.


Buna baxmayaraq ən dəqiq səslər beyində dərk edilir. Elə bir dəqiqlikdir ki bu; sağlam bir insan qulağı heç bir cızıltı, heç bir xışıltı olmadan hər şeyi eşidər. Səs keçirməyən beyninizdə bir orkestranın simfoniyalarını dinləyirsiniz, izdihamlı bir mühitin bütün səs-küyünü eşidirsiniz, bir yarpağın xışırtısından reaktiv təyyarələrinin səs-küyünə qədər geniş bir tezlik aralığındakı bütün səsləri qəbul edə bilirsiniz. Amma, o anda həssas bir cihazla beyninizin içindəki səs səviyyəsi ölçülsə burada dərin bir səssizliyin hakim olduğu görüləcək.


Qoxu hissimizin meydana gəlməsi də buna bənzərdir: Vanil qoxusu, gül qoxusu kimi uçucu molekullar, burnun epitelyum deyilən bölgəsindəki titrək tüklərdə olan reseptorlara gəlirlər və bu reseptorlarda qarşılıqlı reaksiyaya girərlər. Bu qarşılıqlı təsir beynimizə elektrik siqnalı olaraq çatdırılar və qoxu hesab edilər. Nəticədə bizim gözəl ya da çirkin deyə adlandırdığımız qoxuların hamısı uçucu molekulların qarşılıqlı təsirlərinin elektrik siqnalına çevrildikdən sonra, beyində şərh olunma formasından başqa bir şey deyil. Bir ətiri, bir çiçəyi, sevdiyiniz bir yeməyi, dəniz qoxusunu, xoşunuza gələn ya da gəlməyən hər cür qoxunu beyninizdə hiss edirsiniz. Lakin qoxu molekulları beynə heç bir zaman çata bilməzlər. Səs və görünüşdə olduğu kimi beyninizə çatan yalnız elektrik siqnallarıdır. Nəticə olaraq, doğulduğunuz andan etibarən çöldəki obyektlərə aid olaraq bildiyiniz qoxular duyğu orqanlarınız vasitəsi ilə hiss etdiyiniz elektrik siqnallarıdır.


Bənzər şəkildə, insan dilinin ön tərəfində də dörd fərqli tip kimyəvi qəbul edici vardır. Bunlar duzlu, şirin, turş və acı dadlarına qarşılıqlıdır. Dad alıcılarımız bir silsilə kimyəvi əməliyyatdan sonra bu hissləri elektrik siqnallarına çevirər və beynə çatdırarlar. Bu siqnallar da beyin tərəfindən dad hesab edilərlər. Bir şokoladı ya da sevdiyiniz bir meyvəni yediyinizdə aldığınız dad, elektrik siqnallarının beyin tərəfindən şərh olunmasıdır. Çöldəki obyektə isə əsla çata bilməzsiniz; şokoladın özünü görə bilməz, iyləyə bilməz və dada bilməzsiniz. Məsələn, beyninizə gedən dad alma sinirləri kəsilsə, o an yediyiniz hər hansı bir şeyin dadının beyninizə çatması mümkün olmaz; dad alma duyğunuzu tamamilə itirərsiniz.


Bu nöqtədə qarşımıza bir həqiqət daha çıxır: Bir yeməyi daddığımızda bir başqasının o yeməkdən aldığı dadın və ya bir səsi eşitdiyimizdə başqa birinin eşitdiyi səsin bizim qəbul etdiklərimiz ilə eyni olduğundan əmin olmamız mümkün deyil. Bu gerçəklə əlaqədar Lincoln Barnett belə deməkdədir:
Heç kim özünün qırmızını ya da "Do" notasını duymağının başqa bir insanınkı ilə eyni olub olmadığını bilə bilməz.


Toxunma duyğumuza gəldikdə də, dəyişən bir şey olmadığını görərik. Bir cisimə toxunduğumuzda xarici dünyanı və obyektləri tanımamıza köməkçi olacaq məlumatlar, dəridəki duyğu sinirləri vasitəsilə beynə çatdırılarlar. Toxunma hissi beynimizdə meydana gələr. Zənn edildiyi kimi toxunma hissini qəbul etdiyimiz yer barmaq uclarımız ya da dərimiz deyil, yenə beynimizdəki toxunma mərkəzidir. Bizlər obyektlərdən gələn elektrik xəbərdarlıqlarının beynimizdə qiymətləndirilməsi nəticəsində sərtlik ya da yumşaqlıq, istilik ya da soyuqluq kimi obyektləri təyin edən fərqli-fərqli hisslər duyarıq. Hətta bir cisimi tanımağa yarayan hər cür detalı bu xəbərdarlıqlar nəticəsində əldə edərik. Bu əhəmiyyətli gerçəklə əlaqədar olaraq B. Russel və L. Wittgeinstein kimi məşhur filosofların düşüncələri belədir:
Bir limonun həqiqətən var olub olmadığı və hansı bir dövrlə var olduğu soruşula bilməz və araşdırıla bilməz. Limon, yalnız dillə aydın olan dad, burunla duyulan qoxu, gözlə görülən rəng və formadan ibarətdir və tək bu xüsusiyyətləri elmi bir araşdırmanın və mühakimənin mövzusu ola bilər. Elm, obyektiv dünyanı əsla bilə bilməz.


Yəni maddi dünyaya çatmamız qeyri-mümkündür. Qarşılıqlı əlaqədə olduğumuz bütün obyektlər, gerçəkdə görmə, eşitmə, toxunma kimi hisslərin cəmindən ibarətdir. Qəbul mərkəzlərindəki məlumatları qiymətləndirən beynimiz, həyatımız boyunca maddənin bizim xaricimizdəki "əsli" ilə deyil, beynimizdəki surətləri ilə qarşılıqlı əlaqədə olur. Biz isə bu surətləri xaricimizdəki gerçək maddə zənn edərək yanılırıq.

 

Beynimizin içində meydana gələn "xarici dünya"
Bura qədər izah etdiyimiz fiziki gerçəklər bizi mübahisə edilməz bir nəticəyə çatdırar: Bizim gördüyümüz, toxunduğumuz, eşitdiyimiz və adına "maddə", "dünya" ya da "kainat" dediyimiz anlayışlar, yalnız və yalnız beynimizdə yaranan elektrik siqnallarıdır.


Məsələn, meyvə yeyən biri, əslində meyvənin beynində əmələ gələn surəti ilə əlaqədədir, əsliylə deyil. Adamın "meyvə" deyə xarakterizə etdiyi şey, meyvənin forması, dadı, qoxusu və sərtliyinə aid elektrik halında olan məlumatın beyində qəbul edilib şərh edilməsindən ibarətdir. Əgər beynə gedən görmə sinirini kəssəniz, meyvə görünüşü də bir anda yox olar. Və ya burundakı qəbul edicilərdən beynə uzanan sinirdəki bir qopuqluq, qoxu qəbulunuzu tamamilə ortadan qaldırar. Çünki meyvə, bəzi elektrik siqnallarını beynin şərh etməsindən başqa bir şey deyil.


Üzərində düşünülməsi lazım olan ayrı bir nöqtə də uzaqlıq hissidir. Uzaqlıq, məsələn bu kitabla aranızdakı məsafə, yalnız beyninizdə meydana gələn bir boşluq hissidir. Bir insanın özündən çox uzaqda sandığı maddələr də əslində beyninin içindədir. Məsələn insan göyə baxıb ulduzları seyr edər və bunların milyonlarla işıq ili uzaqda olduqlarını sanar. Halbuki ulduzlar onun içində, beynindəki görünüş mərkəzindədirlər. Bu yazıları oxuyarkən içində oturduğunuzu sandığınız otağın da əslində içində deyilsiniz; əksinə otaq sizin içinizdədir. Bədəninizi görməniz, sizi otağının içində olduğunuza inandırar. Ancaq bunu unutmayın; bədəniniz də beyninizdə əmələ gələn bir göründür.


Digər bütün hissləriniz üçün də eyni vəziyyət etibarlıdır. Məsələn, siz yan otaqdakı televiziyanın səsini eşitdiyinizi sanarkən əslində beyninizin içindəki səslə həmsöhbətsiniz. Nə yanda bir otaq olduğunu, nə də o otaqdakı bir televiziyadan səs gəldiyini isbat etməniz mümkün deyil. Metrlərcə uzaqdan gəldiyini sandığınız səs də, dərhal yanınızdakı adamın danışması da əslində beyninizdəki bir neçə sm3-luq eşitmə mərkəzində qəbul edilməkdədir. Bu qəbul mərkəzinin xaricində sağ, sol, ön, arxa kimi bir anlayış yoxdur. Yəni səs sağdan, soldan və ya havadan sizə çatmaz; səsin gəldiyi bir istiqamət yoxdur.


Qəbul etdiyiniz qoxular da belədir; heç biri uzaq bir məsafədən sizə çatmaz. Qoxu alma mərkəzinizdə əmələ gələn təsirləri, çöldəki maddələrin qoxusu zənn edərsiniz. Halbuki bir gülün görünüşü necə ki, görmə mərkəzinizin içindədirsə, o gülün qoxusu da eyni şəkildə qoxu hiss etmə mərkəzinizin içindədir; çöldə nə gül vardır, nə də ona aid bir qoxu...
Çünki hisslərimizin bizə tanıtdığı "xarici dünya", eyni anda beynimizə çatan "elektrik siqnallarının bütünü"ndən başqa bir şey deyil. Beynimiz həyatımız boyunca bu siqnalları qiymətləndirər. Biz də bunları maddənin "çöldəki" əsli sanaraq yanıldığımızın fərqində olmadan bir ömür sürərik. Yanılarıq, çünki hisslərimizlə maddənin özünə əsla çata bilmərik.
"Xarici dünya" sandığımız siqnalları şərh edib mənalı hala gətirən də, yenə bizim beynimizdir. Məsələn, eşitmə qəbulunu ələ alaq. Qulağımızın içinə gələn səs dalğalarının şərhini edərək onu bir simfoniyaya çevirən əslində beynimizdir. Yəni musiqi, beynimizin meydana gətirdiyi bir duyğudur. Rəngləri görərkən də əslində gözümüzə çatan yalnız işığın fərqli dalğa boylarıdır. Bu fərqli dalğa boylarını rənglərə çevirən yenə beynimizdir. "Xarici dünyada" rəng yoxdur. Nə alma qırmızı, nə səma mavi, nə də ağaclar yaşıldır. Onlar, yalnız elə qəbul etdiyimiz üçün elədirlər. "Xarici dünya", tamamilə qəbul edənə bağlıdır.


Necə ki, gözdəki retinada əmələ gələn kiçik bir pozuqluq rəng korluğuna səbəb olar. Kimi insan mavini yaşıl, kimisi qırmızını mavi, kimisi də rəngləri bozun müxtəlif tonları şəklində görər(duyar). Bu nöqtədən sonra çöldəki obyektin rəngli olub olmaması əhəmiyyətli deyil.
Məşhur fikir adamı Berkeley də bu gerçəyə bu sözləriylə diqqət çəkməkdədir:
İlkin olaraq rənglərin, qoxuların vs. "həqiqətən var olduğu" sanıldı; amma daha sonra, bu növ görüşlər rədd edildi və görüldü ki, bunlar duyğularımız sayəsində vardır.


Nəticə olaraq; biz obyektləri onlar rəngli olduğuna, ya da çöldə maddi bir varlığa sahib olduqlarına görə rəngli görmərik. Çünki, varlıqlara yüklədiyimiz bütün xüsusiyyətlər, "xarici dünyada" deyil, içimizdədir.
Yaxşı o zaman "xarici dünya"da qalan nə olar?...

 

 

"Xarici dünya"nın varlığı şərtdirmi?
İndiyə qədər həmişə bir "xarici dünya"dan, bir də bizim gördüyümüz və beynimizdə yaranan hisslər dünyasından danışdıq. Amma "xarici dünya"ya heç bir zaman çata bilmədiyimizə görə, bu dünyanın həqiqətən var olduğunu necə bilə bilərik?
Əlbəttə ki, bilmərik. Əksinə, hər obyekt yalnız hisslərin bir cəmi olduğuna, hisslər də tək zehində var olduqlarına görə, bizim üçün var olan tək dünya yalnız hisslər dünyasıdır. Tanıdığımız tək dünya, zehinimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, qısacası zehinimizdə meydana gələn bir dünyadır və bizim varlığından əmin ola biləcəyimiz tək dünya da budur.
Beynimizdə seyr etdiyimiz hisslərin maddi qarşılıqları olduğunu isə əsla isbat edə bilmərik. Bu hisslər çox yaxşı "süni" bir qaynaqdan da gələ bilərlər.
Bunu belə bir örnəklə zehinimizdə canlandıra bilərik:
Əvvəl, beyninizi bədəninizin xaricinə çıxarıb, şüşə bir qabın içində süni olaraq yaşatdığımızı düşünək. Bir də bunun yanına, hər cür elektrik siqnalının çıxarıla bildiyi bir kompüter yerləşdirək. Sonra, hər hansı bir mühitə aid görünüş, səs, qoxu kimi məlumatların elektrik siqnallarını süni olaraq bu kompüterdə çıxaraq və yazaq. Bu kompüteri elektrik kabelləriylə beyninizdəki qəbul mərkəzlərinə bağlayaq və burada qeydli olan siqnalları beyninizə göndərək. Bu siqnalları qəbul etdikcə beyniniz (bir başqa deyimlə "siz"), bunların qarşılığı olan mühiti görəcək və yaşayacaq.


Bu kompüterdən beyninizə, öz görünüşünüzə aid elektrik siqnalları da göndərə bilərik. Məsələn, bir masada oturarkən qəbul etdiyiniz bütün görmə, eşitmə, toxunma kimi duyğuların elektrik şəklindəki qarşılıqlarını beyninizə göndərdiyimizdə, beyniniz özünü bürosunda oturmaqda olan bir iş adamı sanacaq. Kompüterdən gələn məlumatlar davam etdikcə də bu xəyali dünya davam edəcək. Yalnız bir beyindən ibarət olduğunu isə heç bir şəkildə anlaya bilməyəcək. Çünki beynin içində bir dünya meydana gəlməsi üçün beyindəki əlaqədar mərkəzlərə lazımlı məlumatların çatması kifayətdir. Bu xəbərdarlıqlar süni bir qaynaqdan, məsələn bir qeyd cihazından ya da daha fərqli bir qəbul qaynağından gələ bilər.


Məşhur elm fəlsəfəçisi Bertrand Russell bu mövzuda bunları söyləyir:
Barmaqlarımızla masaya vurduğumuz zamanki toxunma duyğusuna gəlincə, bu barmaq uclarındakı elektron və protonlar üzərində bir elektrik təsiridir. Müasir fizikaya görə, bu masadakı elektron və protonların yaxınlığından meydana gəlmişdir. Əgər barmaq uclarımızdakı eyni təsir, bir başqa yolla ortaya çıxmış olsaydı, heç masa olmamasına baxmayaraq eyni şeyi hiss edəcəkdik.

Görüldüyü kimi maddi qarşılıqları olmayan hissləri gerçək sanaraq aldanmamız çox asandır. Necə ki bu gerçəyi yuxularımızda tez-tez yaşayarıq. Yuxuda tamamilə gerçək kimi dayanan hadisələr yaşayar, insanlar, obyektlər, mühitlər görərik. Amma hamısı bir qəbuldan başqa bir şey deyil. Yuxu ilə "gerçək dünya" arasında isə təməl bir fərq yoxdur; hər ikisi də zehində yaşanar.

Məqalələr

Daxil ol

Kitablar

Daxil ol

Filmlər

Daxil ol

Kitabı yüklə

Yüklə