Mövzular

İnananların qazancı

Maddənin və zamanın bir hiss olduğu gerçəyi, materialistləri qorxudarkən, inananlar üçün tam əksi baş verər . Allaha iman edən insanlar maddənin ardındakı sirri qavradıqları zaman böyük bir sevinc duymaqdadırlar. Çünki bu həqiqət hər cür mövzunun açarıdır. Bu kilid açıldığı anda bütün sirlər ortaya çıxar. İnsan normalda bəlkə anlamaqda çətinlik çəkdiyi bir çox mövzunu bu sayədə rahatlıqla anlaya biləcək hala gələr.


Daha əvvəl də ifadə edildiyi kimi ölüm, cənnət, cəhənnəm, axirət, ölçü dəyişdirmə kimi mövzular aydın olmuş və "Allah haradadır?", "Allahdan əvvəl nə vardı?", "Allahı kim yaratdı?", "qəbir həyatı nə qədər sürəcək?", "cənnət və cəhənnəm haradadır?", "cənnət və cəhənnəm bu an varmı?" və bunlar kimi əhəmiyyətli suallar beləcə asanca cavablanılmış olar. Və Allahın bütün bir kainatı necə bir sistemlə yoxdan var etdiyi qavranılmış olar. Hətta belə ki, bu sirr sayəsində "nə vaxt" "harada" kimi suallar da mənasız hala gələr. Çünki ortada nə zaman, nə də məkan qalmaz. Məkansızlıq qavrandığı təqdirdə cənnət, cəhənnəm, dünya hamısının əslində eyni yerdə olduğu da aydın olar. Zamansızlıq qavrandığı təqdirdə isə hər şeyin tək bir anda olduğu fərq edilər; heç bir şey üçün gözlənilməz, zaman keçməz, hər şey onsuz da olub, bitmişdir.


Bu sirrin qavranmasıyla birlikdə, dünya inanan insan üçün cənnətə bənzəməyə başlayar. İnsanı sıxan hər növ maddi narahatlıq, sıxıntı və qorxu itər. İnsan, bütün kainatın tək bir Hakiminin olduğunu, Onun bütün maddi dünyanı dilədiyi kimi dəyişdirdiyini və etməsi lazım olan tək şeyin Ona yönəlmək olduğunu qavrayar. Artıq o, Allaha təslim olmuşdur.


Bu sirri qavramaq, dünyanın ən böyük qazancıdır.
Bu sirrlə birlikdə yenə Quranda bəhs edilən çox əhəmiyyətli bir gerçək daha aydın olar: Daha əvvəl də bəhs etdiyimiz, Allahın insana "şah damarından daha yaxın" (Qaf Surəsi, 16) olduğu gerçəyi… Bilindiyi kimi şah damarı insanın içindədir. İnsana öz içindən daha yaxın bir məsafə ola bilməz. Bu vəziyyət məkansızlıq gerçəyi ilə asanca açıqlana bilər. Görüldüyü kimi bu ayə də, bu sirrlə birlikdə çox daha yaxşı aydın olmaqdadır.


Əsl gerçək budur. Bilinməlidir ki, heç bir insan üçün Allahdan başqa dost və köməkçi yoxdur. Allahdan başqa heç bir şey yoxdur; özünə sığınılacaq, kömək istənəcək, qarşılıq gözləniləcək tək mütləq varlıq Odur... Və hər hara dönsək, Allahın üzü oradır…

Məqalələr

Daxil ol

Kitablar

Daxil ol

Filmlər

Daxil ol

Kitabı yüklə

Yüklə