Mövzular

Zamansızlığın elmi izahatı

Zamanın, hərəkət edən cisimlər və meydana gələn dəyişmələr arasında etdiyimiz müəyyən bir sıralamadan doğan bir anlayış olduğu gerçəyi, bu gün elmi olaraq da qəbul edilmişdir. Bu mövzuda görüş ifadə edən fikir və elm adamlarından nümunələr verərək mövzunu daha yaxşı şərh etməyə çalışaq.


The End of Time (Zamanın Sonu) adlı kitabında zamansızlıq və sonsuzluq haqqındakı şərhləri ilə elm dünyasında böyük əks-səda yaradan fizikaçı Julian Barbour, zamanın bir hiss olmasının, bir çox insan üçün qəbul edilməsi çətin bir gerçək olduğunu ifadə etməkdədir. Discover jurnalında, Barbour ilə aparılan bir reportajda zaman hissi üçün bu şərhlər verilməktədir:


"Mən hələ qəbul etməkdə çətinlik çəkirəm" deyir (Barbour). Ancaq, sağlam fikirlilik kainatı anlamaq üçün heç bir zaman etibarlı bir yol göstərici olmadı-Kopernikin Günəşin Dünya ətrafında dönmədiyini ilk söylədiyi andan bəri fizikaçılar hisslərimizi çaşdırdılar. Hər şeyə baxmayaraq, Dünya 67,000 mil/saat sürət ilə boşluqda dönərkən ən kiçik bir hərəkət belə hiss etmirik. Barbour zamanın keçdiyinə dair hissimizin, "Düz Dünya Cəmiyyəti"nin (Flat Earth Society) batil inancı qədər səhv olduğunu iddia edir. "


Yuxarıda da görüldüyü kimi, məşhur fizikaçı Barbour, zamanın mütləq olduğuna dair sahib olduğumuz inancın batil olduğunu ifadə etməkdədir. Və indiki vaxtda fizika sahəsindəki araşdırmalar bu gerçəyi açıqca göstərməkdədir. Zaman mütləq deyil, meydana gələn hadisələrə görə fərqli qəbul edilən nisbi bir anlayışdır.


Nobel mükafatlı məşhur genetika professoru və fikir adamı François Jacob isə, Mümkünlərin Oyunu adlı kitabında zamanın geriyə axışı ilə əlaqədar bunları söyləyir:


Tərsindən göstərilən filmlər, zamanın tərsinə doğru axacağı bir dünyanın nəyə bənzəyəcəyini düşünməyimizə imkan verməkdədir. Südün fincandakı qəhvədən ayrılacağı və süd qabına çatmaq üçün havaya atılacağı bir dünya; işıq dəstələrinin bir qaynaqdan fışqıracaq yerdə bir tələnin (çəkiliş mərkəzinin) içində toplanmaq üzrə divarlardan çıxacağı bir dünya; saysız damlacıqların heyrət verici ahəngiylə suyun xaricinə doğru atılan bir daşın bir insanın ovucuna qonmaq üçün bir əyri boyunca tullanacağı bir dünya. Amma zamanın tərsinə çevrildiyi belə bir dünyada, beynimizin müddətləri və yaddaşımızın meydana gəlməsi də eyni şəkildə tərsinə çevrilmiş olacaq. Keçmiş və gələcək üçün də eyni şey olacaq və dünya tam olaraq bizə göründüyü kimi görünəcək.


Beynimiz müəyyən bir sıralama üsuluna alışdığı üçün bu anda dünya üstdə izah edildiyi kimi işləməməkdə və zamanın həmişə irəli axdığını düşünməkdəyik. Halbuki bu, beynimizin içində verilən bir qərardır və dolayısilə tamamilə nisbidir. Gerçəkdə zamanın necə axdığını ya da axıb axmadığını əsla bilmərik. Bu da zamanın mütləq bir gerçək olmadığını, yalnız bir hiss forması olduğunu göstərir.


Zamanın bir hiss olduğu, 20-ci əsrin ən böyük fizikaçısı sayılan Eynşteynin ortaya qoyduğu Ümumi Nisbilik nəzəriyyəsi ilə də təsdiqlənmişdir. Lincoln Barnett, Kainat və Eynşteyn adlı kitabında bu mövzuda bunları yazar:


Tam kosmosla birlikdə Eynşteyn, sonsuz keçmişdən sonsuz gələcəyə axan çaşmaz və dəyişməz bir universal zaman anlayışını da bir tərəfə buraxdı. Nisbilik nəzəriyyəsini çevrələyən anlaşılmazlığın böyük hissəsi, insanların zaman duyğusunun da rəng duyğusu kimi bir hiss forması olduğunu qəbul etmək istəməyişindən doğulur... Necə kosmos maddi varlıqların ehtimali bir sırası isə, zaman da hadisələrin ehtimali bir sırasıdır. Zamanın öznəlliyini ən yaxşı Eynşteynin sözləri açıqlayar: "Fərdin həyatları bizə bir hadisələr silsiləsi içində təşkil edilmiş görünür. Bu silsilədən xatırladığımız hadisələr 'daha əvvəl' və 'daha sonra' ölçüsünə görə sıralanmış kimidir. Bu səbəblə fərd üçün bir mən-zamanı, ya da öznəl zaman vardır. Bu zaman öz içində ölçülə bilməz. Hadisələrlə ədədlər arasında elə bir əlaqə qura bilərəm ki, böyük bir ədəd əvvəlki bir hadisə ilə deyil də, sonrakı bir hadisələ əlaqədar olar. 34
Eynşteyn, Barnettin ifadələriylə, "kosmos və zamanın da hiss formaları olduğunu, rəng, forma və böyüklük anlayışları kimi bunların da şüurdan ayrıla bilməyəcəyini göstərmiş"dir. Ümumi Nisbilik nəzəriyyəsinə görə "zamanın da, onu ölçdüyümüz hadisələr silsiləsindən ayrı, müstəqil bir varlığı yoxdur. "


Zaman bir hissdən ibarət olduğuna görə də, tamamilə hiss edənə bağlı, yəni nisbi bir anlayışdır.
Zamanın axış sürəti, onu ölçərkən istifadə etdiyimiz istinadlara görə dəyişər. Çünki insanın bədənində zamanın axış sürətini mütləq bir düzgünlüklə göstərəcək təbii bir saat yoxdur. Lincoln Barnettin ifadə etdiyi kimi "rəngi fərqləndirəcək bir göz yoxdursa, rəng deyə bir şey olmayacağı kimi, zamanı göstərəcək bir hadisə olmadıqca bir an, bir saat ya da bir gün heç bir şey deyil. "


Zamanın nisbiliyi, yuxuda çox açıq bir şəkildə yaşanar. Yuxuda gördüklərimizi saatlar sürmüş kimi hiss etsək də, gerçəkdə hər şey bir neçə dəqiqə, hətta bir neçə saniyə davam etmişdir.
Mövzunu bir az daha açıqlamaq üçün bir nümunə üzərində düşünək. Xüsusi olaraq dizayn edilmiş tək pəncərəli bir otaqda oturub, burada müəyyən bir müddət keçirdiyimizi düşünək. Otaqda keçən zamanı görə biləcəyimiz bir də saat olsun. Eyni zamanda otağının pəncərəsindən günəşin müəyyən aralıqlarla doğulub-batdığını görək. Aradan bir neçə gün keçdikdən sonra, o otaqda nə qədər qaldığımız soruşulduğunda verəcəyimiz cavab; həm zaman-zaman saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğulub batdığına bağlı olaraq etdiyimiz hesabdır. Məsələn, otaqda üç gün qaldığımızı hesablarıq. Amma əgər bizi bu otağa qoyan adam bizə gəlib də, "əslində sən bu otaqda iki gün qaldın" desə və pəncərədə gördüyümüz günəşin əslində süni olaraq yaradıldığını, otaqdakı saatın da xüsusilə sürətli işlədildiyini söyləsə, bu vəziyyətdə etdiyimiz hesabın heç bir mənası qalmaz.


Bu nümunə də göstərməkdədir ki, zamanın axış sürətiylə əlaqədar məlumatımız, yalnız qəbul edənə görə dəyişən istinadlara söykənməkdədir.
Zamanın nisbiliyi, elmi üsulla da ortaya qoyulmuş konkret bir həqiqətdir. Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsi ortaya qoymaqdadır ki, zamanın sürəti, bir cisimin sürətinə və çəkiliş mərkəzinə uzaqlığına görə dəyişməkdədir. Sürət artdıqca zaman qısalmaqda, sıxışmaqda; daha ağır daha, yavaş işləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşmaqdadır.


Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə eyni yaşdakı əkizlərdən biri Yerdə qalarkən, digəri işıq sürətinə yaxın bir sürət ilə kosmos səyahətinə çıxar. Kosmosa çıxan şəxs, geri döndüyündə əkiz bacısını özündən çox daha yaşlı tapacaq. Bunun səbəbi kosmosda səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır. Eyni nümunə bir ata və oğul üçün də düşünülə bilər; "əgər atanın yaşı 27, oğulunun yaşı 3 olsa, 30 dünya ili sonra ata dünyaya döndüyündə oğul 33 yaşında, ata isə 30 yaşında olacaq. "

Zamanın nisbi olması, saatların yavaşlaması və ya sürətlənməsindən deyil; bütün maddi sistemin atom altı səviyyəsindəki zərrəciklərə qədər fərqli sürətlərdə işləməsindən irəli gəlir. Zamanın qısaldığı belə bir mühitdə insan bədənindəki ürək atışları, hüceyrə bölünməsi, beyin fəaliyyətləri kimi əməliyyatlar daha ağır işləməkdədir. Adam zamanın yavaşlamasını heç fərq etmədən gündəlik həyatını davam etdirər.

Məqalələr

Daxil ol

Kitablar

Daxil ol

Filmlər

Daxil ol

Kitabı yüklə

Yüklə