Mövzular

Keçmiş və gələcək qeyb xəbəridir

Allah Quranın bir çox ayəsində qeybi, yəni görünməyəni, bilinməyəni, şahid olunmayanı bilənin yalnız Özü olduğunu bildirməkdədir:

De ki: "Ey göyləri və yeri yoxdan yaradan, ey gizlini (qeybi) və aşkarı bilən Allah! Bəndələrin arasında ixtilafda olduqları məsələlər barəsində Sən hökm edəcəksən!" (Zumər Surəsi, 46)

 

De ki: "(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə nələr etdiyinizi xəbər verəcəkdir!" (Cümə Surəsi, 8)

 

O: " Ey Adəm, bunların adlarını onlara bildir!" dedi. Adəm mələklərə bunların adlarını xəbər verdikdə, Allah: "Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin zahirə çıxardığınız, yaxud gizli saxladığınız işləri bilirəm, söyləmədimmi?" (Bəqərə Surəsi, 33)

 

Ümumiyyətlə qeybin yalnız gələcəyə aid bilinməyən məlumatlar olduğu düşünülür, halbuki həm keçmiş həm də gələcək qeybdir. Keçmişdə yaşananlar da gələcəkdə yaşanacaq olanlar da Allah qatında saxlanılan məlumatlardır. Ancaq Allah, Öz qatında olan qeyb məlumatlarından bəzilərini insanların yaddaşlarına verərək, bunları bilinə bilən, yəni müşahidə edilə bilən hala gətirməkdədir. Məsələn Allah bəzi ayələrində keçmişə aid məlumatlar verərək, Peyğəmbərimizə bunların qeyb xəbərləri olduğunu söyləmişdir:

 

Bunlar Sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. Səbr et. Həqiqətən aqibət müttəqilərindir! (Hud Surəsi, 49)

 

Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar hiylə quraraq əlbir iş gördükləri  zaman sən onların yanında deyildin! (Yusuf Surəsi, 102)

Allah Peyğəmbərimizə hələ yaşanmamış bəzi hadisələrdən də xəbərlər vermişdir ki, bunlar gələcəyə dair qeyb xəbərləridir. Məsələn Məkkənin fəthi (Fəth Surəsi, 27) və Rumun bütpərəstlərə qarşı qalibiyyəti (Rum Surəsi, 3-4), bu hadisələr hələ yaşanmadan əvvəl Peyğəmbərimizə bildirilmişdir. Peyğəmbərimizin qiyamət əlamətləri, axir zaman kimi mövzulardakı hədisləri də, o dövr bütün insanlar üçün qeyb olan bu məlumatları, Allahın özünə öyrətdiyini göstərməkdədir. Quranda peyğəmbərlərə və digər bəzi saleh möminlərə də qeybdən xəbərlər verildiyi açıqlanmaqdadır. Məsələn Hz. Yusufa qardaşlarının tələlərinin boşa çıxacağı xəbər verilmiş (Yusuf Surəsi, 15), Hz. Musanın anasına, körpə yaşdakı oğulunun Firon zülmündən xilas olacağı və peyğəmbər olacağı vəhylə açıqlanmışdır. (Qəsəs Surəsi, 7)

 

Nəticə olaraq, bizim keçmiş və gələcək olaraq adlandırdığımız hadisə və məlumatların hamısı, Allah qatında saxlanılan qeyb xəbərləridir. Allah dilədiyi zaman dilədiyi adamın yaddaşına bu xəbərlərdən bəzilərini verərək, qeybin bir qisimini bilinər hala gətirməkdədir. Bax müşahidə edilə bilən yəni görülə bilən, şahid olunmuş hala gələn bu hadisələr, insanlar tərəfindən keçmiş olaraq xarakterizə edilir.

Məqalələr

Daxil ol

Kitablar

Daxil ol

Filmlər

Daxil ol

Kitabı yüklə

Yüklə