Mövzular

Kainat yoxdan yaradıldı

Materializm, maddəni mütləq varlıq sayan, maddədən başqa heç bir şeyin varlığını qəbul etməyən düşüncə sistemidir. Tarixi köhnə Yunanısatana qədər uzanan, amma xüsusilə 19-cu əsrdə yayılan, ən çox da Karl Marksın dialektik materializmiylə səslənilən bu düşüncə sistemi, maddənin sonsuzdan bəri var olduğunu və sonsuza qədər də var olacağını iddia edər. Maddənin yaradılmamış olduğunu fərz etdiyinə görə də, bir Yaradıcının varlığını qəbul etməz.
Materializm az əvvəl də ifadə etdiyimiz kimi ən çox 19-cu əsrdə məşhur olmuşdu. Bunun başlıca səbəblərindən biri, o dövrdə, "kainatın necə ortaya çıxdığı" sualına qarşılıq olaraq ortaya  qoyulan "sabit kainat" (statik kainat) modeli idi. Bu model, "kainat necə ortaya çıxdı" sualına, "kainat ortaya çıxmadı, sonsuzdan bəri vardı və sonsuza qədər də var olacaq" cavabını verməkdə idi. Kainat sabit, sabit və dəyişməz bir maddələr bütünü olaraq qəbul edilir və dolayısı ilə kainatın belə olmasının da bir Yaradıcını qəbul etməyi tələb etmədiyi deyilirdi.


Bu kainat modelinin əksinin isbat edilməsi digər bir ifadəylə bir başlanğıcı olduğunun və dəyişgənliyinin ortaya çıxması isə, əlbəttə bir Yaradıcının varlığını sübut edəcəkdi. Məşhur materialist fəlsəfəçi Georges Politzer, Fəlsəfənin Başlanğıc Qanunları adlı kitabında bu gerçəyi qəbul edir, ancaq "sonsuz kainat" modelinin etibarlılığına güvənərək yaradılışa qarşı çıxırdı:
Kainat yaradılmış bir şey deyil. Əgər yaradılmış olsaydı, o təqdirdə, kainatın Tanrı tərəfindən müəyyən bir anda yaradılmış olması və kainatın yoxdan var edilmiş olması gərək idi. Yaradılışı qəbul edə bilmək üçün, hər şeydən əvvəl, kainatın var olmadığı bir anın varlığını, sonra da, heçlikdən (yoxluqdan) bir şeyin çıxmış olduğunu qəbul etmək lazımdır. Bu isə elmin qəbul edə bilməyəcəyi bir şeydir.


Ancaq müasir elm, 20-ci əsrin ikinci dörddəbirində başlayan bir müddət nəticəsində materialistlərin "əgər elə olsa bir Yaradıcı olduğunu qəbul etmək lazım idi" şəklində dilə gətirdikləri gerçəyi, yəni kainatın bir başlanğıcı olduğu gerçəyini isbat etdi. Bu gerçək müxtəlif mərhələlər nəticəsində ortaya çıxdı.

 

 

Kainatın genişləməsi
1929-cu ildə Kaliforniya Mount Wilson Müşahidə evində, Amerikalı astronom Edwin Habl astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habl, istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən, ulduzların uzaqlıqlarına bağlı olaraq qırmızı rəngə doğru sürüşən bir işıq yaydıqlarını təyin etdi. Bu görüş elm dünyasında böyük bir əks-səda yaratdı. Çünki bilinən fizika qaydalarına görə, müşahidənin edildiyi nöqtəyə doğru hərəkət edən işıqların tezliyi bənövşəyi istiqamətə doğru, müşahidənin edildiyi nöqtədən uzaqlaşan işıqların tezliyi də qırmızı istiqamətə doğru sürüşməkdə idi. Yəni ulduzlar hər an bizdən uzaqlaşmaqda idilər.
Habl, çox keçmədən çox əhəmiyyətli bir şeyi daha təsbit etdi: Ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birlərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat qarşısında gəlinə biləcək tək nəticə isə, kainatın hər an "genişləməkdə" olduğu idi. Mövzunu daha yaxşı anlamaq üçün, kainatı şişirilən bir şarın səthi kimi düşünmək mümkündür. Şarın səthindəki nöqtələrin şar şişdikcə bir-birlərindən uzaqlaşmaları kimi, kainatdakı cisimlər də kainat genişlədikcə bir-birlərindən uzaqlaşırdılar.


Əslində bu gerçək daha əvvəl də nəzəri olaraq kəşf edilmişdi: Albert Eynşteyn, 1915-ci ildə ortaya qoyduğu Ümumi Nisbilik (Rölativite) Nəzəriyyəsi çərçivəsində etdiyi hesablamalarla kainatın sabit ola bilməyəcəyi nəticəsinə gəlmiş idi. Öz kəşfi qarşısında son dərəcə təəccüblənən Eynşteyn bu əlverişsiz nəticəni ortadan qaldırmaq üçün tənliklərinə 'kosmik sabit' adını verdiyi bir faktor əlavə etmişdi. Çünki o sıralar, astronomlar ona kainatın statik olduğunu söyləyirdilər, o da nəzəriyyəsinin bu modellə ziddiyyət təşkil etməsini istəməmişdi. Ancaq sonradan özünün də, "kariyeramın ən böyük səhvi" etirafıyla geri götürəcəyi bu görüş, inkişaf edən elmi tapıntılar nəticəsində çürüyüb gedəcəkdi.


İlk olaraq 1922-ci ildə Rus alimi Aleksandr Friedmann, Ümumi Nisbilik nəzəriyyəsindən yola çıxaraq, kainatın dəyişən olduğunu və ən kiçik bir qarşılıqlı təsirin, genişləməsinə və ya büzüşməsinə gətirib çıxaracağını təyin etdi. Friedmann bu nəticəyə gələrkən, Eynşteynin 1917-ci il tarixli məqaləsindəki səhvi də (kosmik sabiti) düzəltmiş oldu.


Friedmannın tapdığı həlləri istifadə edən ilk adam, Belçikalı alim Georges Lemaitre (1894-1966) idi. Lemaitre, bu həllərə söykənərək kainatın bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən davamlı olaraq genişlədiyini nəzərdə tutdu. Ayrıca, bu başlanğıc anından qalan işıldamanın da müəyyən oluna biləcəyini ifadə etdi (irəlidə, kosmik fon radiasiyası olaraq adlandırılacaq bu işıldama müşahidələrlə də təsbit ediləcəkdi).

 

Big Bangın kəşfi
Kainatın genişlədiyi gerçəyi, o günə qədər qəbul olunan "sabit (statik) kainat" modelindən tamamilə fərqli bir kainat modeli ortaya qoydu. Kainat genişlədiyinə görə, zaman içində geriyə doğru gedildiyində kainatın tək bir nöqtədən başladığı ortaya çıxırdı.
Edilən hesablamalar, kainatın bütün maddəsini içində saxlayan bu "tək nöqtə"nin, "sıfır həcmə" və "sonsuz sıxlığa" sahib olması lazım olduğunu göstərdi. Kainat, sıfır həcmə sahib bu nöqtənin partlamasıyla ortaya çıxmışdı. Bu partlayışa "Big Bang" (Böyük Partlama) adı verildi və bu nəzəriyyə də eyni adla xatırlanmağa başlandı.


"Heç bir həcmi olmayan, yəni heç bir yer tutmayan və sıxlığı sonsuz olan bir nöqtə necə ola bilər?" deyə bir sual ağılınıza gələ bilər. Əslində, "həcmi olmayan sonsuz sıxlıqdakı nöqtə" nəzəri bir ifadə formasıdır. Çünki, elmi olaraq "sıfır həcm" şəklində ifadə edilən bir nöqtə, həcmi olmayan bir nöqtə deməkdir. Gerçəkdə isə həcmi olmayan bir nöqtə "yox" deməkdir. Bu səbəbdən, kainat "yox" ikən "var" hala gəlmişdir. Bu gerçək isə, materializmin "kainat sonsuzdan bəri vardır" fərziyyəsini etibarsız etməkdədir.

 

"Sabit vəziyyət" sınağı
Materialist fəlsəfəni mənimsəyən astronomlar, Big Banga qarşı müqavimət göstərməyə və sabit vəziyyət nəzəriyyəsinə dəstək olmağa çalışdılar. Bu səyin səbəbi, öndə gedən fizikaçılardan A. S. Eddingtonun "fəlsəfi olaraq təbiətin bu ankı nizamının birdən-birə başlamış olduğu düşüncəsi mənə itələyici (uzaqlaşdırıcı) gəlməkdədir" sözündən aydın olmaqda idi.


Big Bang nəzəriyyəsindən narahat olanların başında dünya tərəfindən tanınmış İngilis riyaziyyatçısı və astronomu Fred Hoyl gəlirdi. Hoyl, əsrin ortalarında "steady-state" (sabit vəziyyət) adında, 19-cu əsrdəki sabit kainat anlayışına bənzər başqa bir model ortaya atdı. Hoyle, kainatın genişlədiyini qəbul etməklə birlikdə, kainatın ölçü və zaman baxımından sonsuz olduğunu iddia edirdi. Ayrıca bu modelə görə, kainat genişlədikcə maddə lazım olduğu miqdarda, birdən-birə, öz-özünə var olmağa başlayırdı. Yeganə məqsədi materialist fəlsəfənin təməli olan "sonsuzdan bəri var olan maddə" doqmasını dəstəkləmək olan bu nəzəriyyə, kainatın başlanğıcı olduğunu müdafiə edən "Böyük Partlama" nəzəriyyəsi ilə daban-dabana zidd idi.


Sabit vəziyyət nəzəriyyəsini müdafiə edənlər uzunca bir müddət Big Banga qarşı müqavimət göstərdilər. Amma elm əleyhlərinə işləyirdi.

 

 

Big Bangın yeni dəlillərindən kosmik fon radiasiyası
1948-ci ildə Corc Gamov, Big Bangla əlaqədar olaraq yeni bir iddia ortaya atdı. Buna görə, kainatın Böyük Partlama ilə meydana gəlməsi halında, kainatda bu partlamadan qalan bir radiasiyanın olması lazımlı idi. Üstəlik bu radiasiya kainatın hər yanına bərab ər dağılmış olmalı idi.
"Olması lazım olan" bu dəlil çox keçmədən tapıldı. 1965-ci ildə Arno Penzias və Robert Wilson adlı iki araşdırmaçı bu dalğaları kəşf etdilər. "Kosmik Fon Radiasiyası" adı verilən bu radiasiya, kosmosun müəyyən bir tərəfindən gələn hər hansı bir radiasiyadan çox fərqli idi. Fövqəladə bir koherentlilik(eyni mənbədən yaranmış olma) sərgiləyirdi. Başqa bir ifadə ilə lokal mənşəli deyil, kainatın bütününə dağılmış bir radiasiya idi. Beləcə uzun müddətdir kainatın hər yerindən bərabər ölçüdə alınan 3 Kelvinlik istilik dalğasının, Big Bangın ilk dövrlərindən qalma olduğu aydın oldu. Üstəlik bu rəqəm elm adamlarının əvvəldən nəzərdə tutduqları rəqəmə çox yaxın idi. Yalnız tək bir dalğa boyunda (mikrodalğa) ölçmələr edə bildikləri halda Penzias və Wilson, Böyük Partlamanın bu xüsusi isbatını təcrübi olaraq ilk göstərən kəslər olduqları üçün Nobel Mükafatı qazandılar.


1989-cu ilə gəlindiyində isə, Corc Smut və rəhbərliyindəki Nasa qrupu, Kosmik geri-Plan İşıldama Kəşfçisi Peykini (COBE) kosmosa göndərdilər. Bu inkişaf etmiş peykə yerləşdirilən həssas skanerlərin, Penzias və Wilsonun ölçümlərini təsdiqləməsi yalnız 8 dəqiqə davam etdi. Skanerlər, kainatın başlanğıcındakı Böyük Partlamanın istilik və sıxlığına aid qalıqları qəti bir şəkildə təsbit etdilər.


Bütün zamanların ən böyük kəşfi olaraq adlandırılan bu hadisə, bu qədərlə də məhdud deyildi. COBE 1 peyki kosmosda müəyyən bir nöqtədəki istiliyi bildirirdi. Ancaq COBE 2 peyki, kosmosda iki nöqtə arasında istilik fərqi olduğunu kəşf etdi. Məsələn galaktik ulduz çoxluqlarındakı istilik, kosmik boşluqlara görə daha çox idi. Bu isə, böyük partlamadan sonra meydana gələn istiliyin getdikcə soyuyaraq fərqliləşdiyini göstərirdi. Bu hadisədən sonra, bir çox elm adamı COBEin müvəffəqiyyətini "Big Bangın fövqəladə bir şəkildə təsdiqlənməsi" şəklində şərh etdi.

 

 

Bir Başqa dəlil: Hidrogen-helium nisbəti
Big Bangın digər bir əhəmiyyətli dəlili isə, kosmosdakı hidrogen və helium qazlarının miqdarı oldu. İndiki vaxtda edilən ölçümlərlə aydın oldu ki, kainatdakı hidrogen-helium qazlarının nisbəti, Big Bangdan geriyə qaldığı nəzəri olaraq hesablanmış hidrogen-helium nisbətinə uyğun gəlməkdə idi.


Bilindiyi kimi ulduzlar, ehtiva etdikləri hidrogen qazını nüvə reaksiyası ilə heliuma çevirərək enerji çıxarırlar. Əgər kainatın bir başlanğıcı olmayıb sonsuzdan gəlmiş olsaydı, ulduzlardakı bütün hidrogenin tamamilə tükənmiş və heliuma çevrilmiş olması lazım idi. Lakin ulduzlarda olan hidrogen qazının hələ tükənməmiş olması və bu qazı davamlı heliuma çevirərək enerji çıxarmağa davam etmələri, kainatın sonsuz olmadığının və bir başlanğıcı olduğunun qəti bir dəlilini meydana gətirməkdədir.

 

Big Bangın zəfəri
Bütün bu açıq dəlillər Big Bang nəzəriyyəsinin elm dünyasında qəti bir qəbul görməsinə gətirib çıxardı. Big Bang modeli; elmin, kainatın meydana gəlməsi və başlanğıcı haqqında çatdığı son nöqtə idi. Fred Hoyl ilə birlikdə uzun illər Sabit Vəziyyət nəzəriyyəsini müdafiə edən Dennis Sciama, ard-arda gələn və Big Bangı isbat edən bütün bu dəlillər qarşısında içinə düşdükləri vəziyyəti belə izah edir:
Sabit Vəziyyət nəzəriyyəsini müdafiə edənlərlə, onu test edən və məncə onu çürütməyə ümid edən müşahidəçilər arasında, bir dövr çox sərt çəkişmə vardı. Bu dövr içində mən də bir rol boynuma götürmüşdüm. Çünki həqiqətinə inandığım üçün deyil, gerçək olmasını istədiyim üçün "Sabit Vəziyyət" nəzəriyyəsini müdafiə edirdim. Nəzəriyyənin etibarsızlığını isbat edən dəlillər ortaya çıxmağa başladıqca Fred Hoyl bu dəlilləri qarşılamada lider rol boynuna götürmüşdü. Mən də yanında iştirak etmiş, bu düşməncə dəlillərə necə cavab verilə biləcəyi mövzusunda fikir icra edirdim. Amma dəlillər yığıldıqca artıq oyunun bitdiyi və Sabit Vəziyyət nəzəriyyəsinin bir kənara buraxılması gerçəyi ortaya çıxırdı.


Kaliforniya Universitetindən Prof. Corc O. Abell isə, "Bu günki mövcud dəlillər, kainatın milyardlarla il əvvəl Big Bang ilə başladığını göstərməkdədir. Big Bang nəzəriyyəsini qəbul etməkdən başqa çarəmiz qalmır. " demişdir.


Big Bangın bu zəfəri ilə birlikdə, materialist doqmanın təməli olan "əzəli maddə" anlayışı da tarixə qarışmış olurdu. Yaxşı o zaman Big Bangdan əvvəl nə vardı və "yox" olan kainatı bu böyük partlama ilə "var" hala gətirən güc nə idi? Əlbəttə ki bu sual, A. S. Eddingtonun ifadəsiylə materialistlər üçün "fəlsəfi olaraq itələyici (uzaqlaşdırıcı)" olan gerçəyi, yəni bir Yaradıcının varlığını göstərməkdədir. Məşhur ateist fəlsəfəçi Anthony Flew, bu mövzuda bunları söyləyir:
Etiraflarda olmanın insan ruhuna yaxşı gəldiyini söyləyərlər. Mən də bir şeyi etiraf edəcəyəm: Mövcud kosmik konsensus (Big Bang modeli), bir ateist baxımından olduqca çətinlik vericidir. Çünki elm, dini qaynaqlar tərəfindən müdafiə olunan bir iddianı isbat etmişdir: "Kainatın bir başlanğıcı olduğu" iddiasını. Yalnız kainatın bir sonunun və başlanğıcının olmadığını qəbul etdiyimiz müddətcə, kainatın bu ankı varlığının mütləq bir şərhi olduğunu müdafiə edə bilərik. Mən hələ bu şərhə inanıram, amma bunu Big Bang qarşısında müdafiə etmənin çox asan və rahat bir vəziyyət olmadığını etiraf etməliyəm.


Özünü ateist olmaq üçün kor-koranə şərtləndirməyən bir çox elm adamı isə, kainatın yaradılışında sonsuz güc sahibi bir Yaradıcının varlığını qəbul etmiş vəziyyətdədir. Bu Yaradıcı, həm maddəni həm də zamanı yaratmış, yəni hər ikisindən də müstəqil olan  bir varlıq olmalıdır.


Kainat elm mövzusunda əhəmiyyətli işləri olan məşhur riyaziyyatçı Roger Penrose belə bir şərh edər:
... Amma kainatın qətiliklə bir məqsədinin olduğunu göstərən bir şey var ki, o da kainatın şans əsəri orada dayanmadığıdır. Bəzi insanlara görə, "kainat sadəcə oradadır." Elə olmağa davam edir. Biz də özümüzü birdən-birə bu şeyin içində tapmışıq. Bu dünyagörüşünün, kainatı anlamamızda çox məhsuldar ya da köməkçi olacağını sanmıram. Məncə kainat və onun varlığının altında bu gün hələ yaxşı sezə bilmədiyimiz çox daha dərin bir şeylər gizlidir.

 

Quranda 14 əsr əvvəl xəbər verilən heqqiqətlər
Bura qədər yekunlaşdırmaq lazım olsa, astrofizikanın çatdığı qəti nəticə, bütün kainatın maddə və zaman ölçüləriylə birlikdə, bir sıfır anında böyük bir partlama ilə (Big Bang) varlıq tapdığı idi. Big Bangdan əvvəl maddə deyə bir şey yox idi. Maddənin, enerjinin, hətta zamanın da belə olmadığı, tamamilə metafizik olaraq təyin oluna biləcək bir yoxluq mühitində maddə, enerji və zaman var olmuşdu. Halbuki, müasir fizikanın ancaq 20-ci əsrin sonlarına doğru çatdığı bu böyük gerçək Quranda bizlərə 14 əsr əvvəldən xəbər verilməkdə idi:

 

O, göyləri və yeri (yoxdan) var edəndir... (Ən'am Surəsi, 101)

 

Bilindiyi kimi Big Bang nəzəriyyəsi, başlanğıcda kainatdakı bütün cisimlərin bir yerdə olduqlarını və sonradan ayrıldıqlarını göstərmişdir. Big Bang nəzəriyyəsinin ortaya qoyduğu bu gerçək isə zamanımızdan tam 14 əsr əvvəl insanların kainat haqqındakı məlumatlarının son dərəcə məhdud olduğu bir dövrdə Quranda belə bildirilməkdədir:

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər? (Ənbiya Surəsi, 30)

Mövzumuzun başında da gördüyümüz kimi, "kainatın genişləməsi" Böyük Partlama nəzəriyyəsinin yəni kainatın yoxdan var edildiyinin ən əhəmiyyətli dəlillərindən biridir. Kainat yaradıldığından bəri davam edən və müasir elm tərəfindən ancaq 20-ci əsrdə müəyyən oluna bilmiş olan bu hadisədən, bundan 14 əsr əvvəl göndərilmiş olan Quranda belə bəhs edilir:

...Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik. (Zariyat Surəsi, 47)

 

 

Nizam gətirən partlama
Əslində Big Bangın ateistlər və materialistlər (ikisi demək olar ki, sinonimdir) baxımından meydana gətirdiyi problem, ateist fəlsəfəçi Anthony Flewin yuxarıda etiraf etdiyindən çox daha böyükdür. Çünki Big Bang, kainatın yalnız yoxdan var edildiyini deyil, eyni zamanda çox planlı, nizamlı və idarəli bir şəkildə var edildiyini göstərməkdədir.


Bunun səbəbi, bir partlama olan Big Bangın ardından kainatda çox nizamlı bir quruluşun ortaya çıxmasıdır. Halbuki partlamalar nizamlılıq meydana gətirməzlər. Müşahidə etdiyimiz bütün partlamalar, var olan nizamlılığı pozar, parçalar və yox edərlər. Məsələn, atom və hidrogen bombalarının partlaması, vulkanik partlamalar, təbii qaz partlaması, Günəşdə meydana gələn partlamalar... Hansı növ partlama araşdırılırsa araşdırılsın, təsirlərinin həmişə dağıdıcı olduqları görülər.


Ancaq bir partlamanın ardından qarşımıza çox incə detallı bir dizayn çıxarsa, bu vəziyyətdə bu partlamanın ardında "fövqəltəbii" bir müdaxilə olduğu, partlamaqla birlikdə dağılan bütün parçacıqların gerçəkdə çox idarəli bir şəkildə hərəkət etdirildikləri nəticəsinə çatarıq.
Big Bang nəzəriyyəsinə uzun illər qarşı çıxmış olan Sir Fred Hoylun sözləri, tam da bu vəziyyəti ifadə edir:
Big Bang nəzəriyyəsi kainatın tək və böyük bir partlama ilə başladığını qəbul edər. Amma bildiyimiz kimi partlamalar maddəni dağıdar və nizamsızlaşdırarlar. Halbuki Big Bang çox sirrli bir şəkildə bunun tam əksinə bir təsir meydana gətirmişdir. Maddəni bir-biriylə birləşəcək və qalaktikaları meydana gətirəcək hala gətirmişdir.


Hoyl, Big Bangın nizamlılıq meydana gətirməsinin ziddiyyətli bir vəziyyət olduğunu söyləyərkən, əlbəttə Big Bangı materialist bir ön fikirlə şərh etməkdə, yəni bunun bir "idarəsiz partlama" olduğunu fərz etməkdədir. Halbuki, bir Yaradıcının yəni Allahın varlığını qəbul etməmək üçün belə bir şərh edərək, ziddiyyətli bir vəziyyətə düşən elə özü olmuşdur. Çünki, partlamaqla birlikdə ortaya çox böyük bir nizam çıxmışsa, o zaman "idarəsiz partlama" fikirinin bir kənara atılması və partlamanın fövqəladə bir şəkildə idarəli olduğunun qəbul edilməsi lazımdır.


Bu nizamlılıq, Big Bangdan sonrakı hər mərhələ üçün etibarlıdır. Big Bangla birlikdə ortaya çıxan maddə, bu gün "atom altı parçacıqlar" dediyimiz hissəciklərdir. Amma bunlar -Hoylun ifadə etdiyi kimi "sirli bir şəkildə"- bir yerə gələrək atomları meydana gətirmişlər, həm də kainatın hər bir yerində və hər bir hissəsində. Böyük bir nizamlılıq içində yaranan bu atomlar kainatın müəyyən bölgələrində sıxlaşaraq qalaktikaları meydana gətirmişlər. Bu qalaktikaların içində ulduzlar, ulduzların ətrafında isə ulduz sistemləri və planetlər meydana gəlmişdir. Bütün bu nəhəng göy cisimləri fövqəladə dərəcədə nizamlıdırlar. Kainatda təxminən 300 milyard qalaktika olduğunu və bunların hər birinin içində təxminən yenə 300 milyard ulduz olduğunu düşünsək, söz mövzusu nizam və tarazlığın nə qədər fövqəladə olduğunu da daha asan anlaya bilərik.

 

Həssas tarazlıqlar
Big Bangın ardından kainatda yaranan bu fövqəladə nizamlılığın bir başqa istiqaməti isə, "yaşamağa əlverişli bir kainat"ın meydana gəlmiş olmasıdır. Həyata imkan tanıyacaq bir planetin meydana gələ bilməsi üçün reallaşması lazım olan şərtlər o qədər çoxdur ki, bunun təsadüfi bir meydana gəlmə olduğunu düşünmək qeyri-mümkündür.


Məşhur bir nəzəri fizika professoru olan Paul Davies, Big Bang sonrasındakı genişləmə sürətinin nə qədər "həssas nizamlanmış" olduğunu hesablamış və inanılmaz bir nəticəyə çatmışdır. Daviesə görə, Big Bangın ardından reallaşan genişləmə sürəti əgər milyard dəfə milyardda bir nisbətdə belə fərqli olsaydı, həyata imkan təmin edəcək bir ulduz tipi meydana gələ bilməz və kainatda canlılıq ortaya çıxa bilməzdi:
Hesablamalar, kainatın genişləmə sürətinin çox kritik bir nöqtədə seyr etdiyini göstərməkdədir. Əgər kainat bir az belə daha yavaş genişləsə cazibə qüvvəsi səbəbiylə içinə çökəcək, bir az daha sürətli genişləsə kosmik material tamamilə dağılıb gedəcəkdi. Bu iki fəlakət arasındakı tarazlığın nə qədər "yaxşı hesablanmış" olduğu sualının cavabı çox maraqlıdır. Əgər IS zamanında (partlama sürətinin müəyyən hala gəldiyi zamanda) partlama sürəti gerçək sürətindən yalnız 1018 qədər belə fərqliləşsəydi, bu lazımlı tarazlığı yox etməyə çatacaqdı. Bu səbəbdən kainatın partlama sürəti inanılmayacaq qədər həssas bir qətiliklə təyin olunmuşdur. Bu səbəblə Big Bang hər hansı bir partlama deyil, hər istiqamətiylə çox yaxşı hesablanmış və təşkil edilmiş bir meydana gəlmədir.


Kainatdakı bu möhtəşəm tarazlıq elmi bir jurnalda belə ifadə edilir:
Əgər kainatda maddənin sıxlığı, bir qədər daha çox olsaydı, o zaman Eynşteynin Ümumi Nisbilik nəzəriyyəsinə görə kainat, atom parçacıqların cazibə qüvvələri səbəbindən heç cür genişləyə bilməyəcək və təkrar kiçilərək bir nöqtəciyə çevriləcəkdi. Əgər sıxlıq başlanğıcda bir qədər daha az olsaydı, o zaman kainat son sürətlə genişləyəcək, lakin bu təqdirdə atom parçacıqlar bir-birini çəkib tuta bilməyəcək və ulduzlarla qalaktikalar heç bir zaman meydana gələ bilməyəcəkdi. Təbiidir ki, biz də olmayacaqdıq! Edilən hesablara görə, kainatımızın başlanğıcdakı gerçək sıxlığı ilə kənarında meydana gəlməsi imkanı olmayan kritik sıxlığı arasındakı fərq, yüzdə birin bir kuvadrilyonundan azdır. Bu, bir qələmi iti ucu üzərində bir milyard il sonra da dayana biləcək şəkildə yerləşdirməyə bənzər... Üstəlik, kainat genişlədikcə, bu tarazlıq daha da həssaslaşmaqdadır.


Stephen Hawking isə, Zamanın Qısa Tarixi adlı kitabında genişləmə sürətindəki tarazlığı belə açıqlayır:
Kainatın genişləmə sürəti o qədər kritik bir nöqtədədir ki, Big Bangdan sonrakı birinci saniyədə bu nisbət əgər yüz min milyon dəfə milyonda bir qədər daha kiçik olsaydı kainat indiki vəziyyətinə gəlmədən içinə çökərdi.


Paul Davies, bu çox maraqlı vəziyyət qarşısında belə söyləməkdədir:
Çox kiçik ədədi dəyişikliklərə həssas olan kainatın bu andakı quruluşunun, çox diqqətli bir şüur tərəfindən ortaya çıxarıldığına qarşı çıxmaq çox çətindir... Təbiətin ən fundamental tarazlıqlarındakı həssas ədədi tarazlıqlar, kosmik bir dizaynın varlığını qəbul etmək üçün olduqca güclü bir dəlildir.


Eyni gerçək qarşısında Amerikalı astronomiya professoru Corc Greenstein də, The Symbiotic Universe adlı kitabında belə yazır:
Dəlilləri araşdırdıqca, israrla əhəmiyyətli bir gerçəklə qarşı-qarşıya gəlirik. (Kainatın meydana gəlməsində) bir fövqəltəbii ağıl -ya da Ağıl- dövrəyə girmiş olmalıdır.


Nəticə olaraq, kainatdakı möhtəşəm sistemi araşdırsaq kainatın yaranması və işləyişinin təsadüfü səbəblərlə açıqlana bilməyəcək qədər kompleks bir nizam və həssas tarazlıqlar ehtiva etdiyi gerçəyiylə qarşılaşarıq. Açıqca aydın olacağı kimi bu həssas tarazlıq və incə nizamın böyük bir partlamanın sonrasında öz-özünə və təsadüfən reallaşması, qeyri-mümkün anlayışının belə sərhədlərini aşacaq bir vəziyyət olardı. Big Bang kimi bütün kainatın maddə və enerjisini ortaya çıxaran bir partlamanın ardından belə bir nizamın meydana gəlməsi ancaq hər anına şüurlu müdaxilələr nəticəsində reallaşa bilər. Bu da kainatı yoxdan var edən və onun hər anını idarəsi və hakimiyyəti altında saxlayan Allahın yaratmasıdır.

 

 

Materializmin sonu
Bütün bu gerçəklər, bir 19-cu əsr doqması olan materialist fəlsəfənin iddialarının 20-ci əsr elmi tərəfindən etibarsız qılındığının göstəriciləridirlər. Materializm, hər şeyi maddədən ibarət saymaqla, maddəni ortaya çıxaran və təşkil edən bir Yaradıcının varlığını rədd etmiş, amma şiddətlə yanılmışdır. Müasir elm maddi dünyada var olan böyük plan, dizayn və nizamı ortaya çıxarmaqda və maddi dünyaya hakim olan bir Yaradıcının, yəni Allahın varlığını isbat etməkdədir. Kainatda qarşılaşdığımız bu dizayn, canlılar dünyasında da ortaya çıxmaqda və materializmin ən böyük dayağı sayılan Darvinin təkamül nəzəriyyəsi də bu səbəblə çökməkdədir.

Materializm əsrlər boyunca bir çox insana təsir etmiş, hətta 19-cu əsrdə "elmilik" maskasına bürünmüş ola bilər. Amma görünən odur ki, 21-ci əsrdə elmə zidd bir batil inanış olaraq tarixə keçəcək. İnsanlıq dünyanın öküzün buynuzları üzərində dayandığı ya da düz olduğu kimi batil inanışlardan xilas olmuşdur, eyni şəkildə materializmdən də xilas olacaq.

Məqalələr

Daxil ol

Kitablar

Daxil ol

Filmlər

Daxil ol

Kitabı yüklə

Yüklə